İdman

Ronaldinyo İndoneziya klubunun heyətində meydana çıxdı – VİDEO

Sharing is caring!

Braziliya millisinin və “Barselona” klubunun əfsanəvi futbolçusu olmuş Ronaldinyo İndoneziyanın “RANS Nusantara” klubunun heyətində yoldaşlıq oyununa çıxıb.

Qeyd olunur ki, İndoneziyanın “RANS Nusantara”, “Arema” və “Persik” klubları öz aralarında yoldaşlıq turniri keçirib.

Ronaldinyo “RANS Nusantara”nın heyətində “Persik”ə qarşı oyunda meydana çıxıb.

Bununla belə, 42 yaşlı braziliyalı oyunda hər hansı parlaq çıxışla yadda qalmayıb.

Xatırladaq ki, Ronaldinyo peşəkar karyerasını 2015-ci ildə başa vurub.

Mənbə: Suara.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir