İdman

“Sabah”dan “Kəpəz”ə transfer – FOTO

Sharing is caring!

Transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçu ilə müqavilə bağlayıb.

Oxu.Az xəbər verir ki, komanda icarə əsasında Samir Məhərrəmlini heyətinə cəlb edib.

20 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb. “Sabah”a məxsus olan futbolçu U-21 millimizin də şərəfini qoruyub.

Qeyd edək ki, növbəti mövsümdən Premyer Liqada çıxış edəcək “Kəpəz” Vüsal Məsimov, Qaraxan Əliyev, Vüqar Həsənov, Roman Hüseynov, İbrahim Qədirzadə və Emil Qasımovla yolları ayırıb. Əvəzində heyətə müdafiəçilər – Tural Axundov, Elvin Yunuszadə və qapıçı Kamran İbrahimov cəlb olunublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir