İdman

Ueyn Runi “Derbi Kaunti”dən istefa verdi

Sharing is caring!

“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi “Derbi Kaunti”ni tərk edib.

İngilis futbolçu 2020-ci ildən komandanı çalışdırır və ötən mövsüm klub “Çempionşip”dən aşağı liqaya düşüb.

2021-ci ilin sentyabrında klub maliyyə problemlərinə görə kənar idarəetməyə keçib. Onun hesabından əvvəlcə 12, daha sonra isə daha 9 xal silinib.

“Bu gün menecerlərlə görüşdüm ki, onlara klubdan getmək qərarım barədə məlumat verdim. Düzünü desəm, fikrimi dəyişmək üçün çox çalışdılar, amma mən artıq qərarımı vermişdim.

Klubda qalmağım emosional baxımdan çox həyəcanverici oldu. Bu çətinlikdən həzz aldım.

Hesab edirəm ki, indi komandaya son 18 ayda baş verən hadisələrin təsirinə düşmədən, yeni qüvvəyə malik olan şəxs rəhbərlik etməlidir. “Derbi”də keçirdiyim vaxtı böyük qürur hissi ilə xatırlayacağam. İnanılmaz dəstəyə görə bütün heyətimə, oyunçularıma və azarkeşlərimə təşəkkür etmək istərdim. Mən sizi heç vaxt unutmayacağam və hamınızı yaxın gələcəkdə daha xoşbəxt zamanda yenidən görməyə ümid edirəm”, – deyə Runi bildirib.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir