İdman

Yığma komandalar DÇ-yə 26 futbolçu ilə qatılacaq

Sharing is caring!

FİFA Qətərdə keçiriləcək dünya çempionatına tarixdə ilk dəfə olaraq, hər komandanın 26 futbolçu ilə qatıla biləcəyi barədə qərar qəbul edib.

Bununla da hər bir məşqçi ehtiyatda olan 15 futbolçunun xidmətlərindən istifadə etmək imkanı əldə edib.

Qeyd edək ki, indiyədək hər komandanın tərkibindəki futbolçuların sayı 23 olub.

Xatırladaq ki, ötən həftə Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) daimi əsasda bir matç zamanı beş əvəzetmə qaydasını təsdiqləyib.

Qətərdəki dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

Mənbə: De Marke Sports

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.