İdman

Qadın həndbol millimiz Tbilisidə gürcülərə qalib gəldi

Sharing is caring!

Qadın həndbolçulardan ibarət yığma komandanın hazırlığı davam edir.

Oxu.Az xəbər verir ki, prosesə Bakıda təşkil olunan təlim-məşq toplanışı ilə start verən həndbolçularımız iyunun 16-dan Gürcüstandadırlar.

Komandamız baş məşqçi Slavişa Ristiçeviç və köməkçi məşqçi Fuad Yangildinin rəhbərliyi ilə Tbilisidə keçirilən hazırlıqda Gürcüstan millisi ilə iki yoxlama görüşündə qüvvəsini sınayıb.

İyunun 18-də keçirilən birinci qarşılaşma 28:17 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. İki gün sonra təşkil olunan növbəti yoxlama görüşü də Azərbaycan təmsilçisinin üstünlüyü ilə yekunlaşıb – 26:16.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışına iyunun 24-da yekun vurulacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir