İdman

Tofiq Musayev Vaşinqtonda “Bomba”ya qarşı – FOTO

Sharing is caring!

Azərbaycanlı MMA idmançısı Tofiq Musayevin “Bellator”dakı rəqibi müəyyənləşib.

Oxu.Az-ın xəbərinə görə, idmançımız bu turnirdə debütünü italyan əsilli amerikalı Adam Pikkolotti ilə döyüşdə edəcək.

“Bomba” ləqəbli Pikkolotti indiyədək 13 qələbə qazanıb və 4 dəfə uduzub. Braziliya ciu-citsusu üzrə qara kəmərə sahib olan idmançının sonuncu qələbəsi fevralın 19-da erməni əsilli ABŞ idmançısı Georgi Karaxanyan üzərində olub.

18 qələbə və 4 məğlubiyyəti olan Tofiq isə aprelin 22-də Zak Zeynlə döyüşdə “Bellator”da debüt etməli olsa da, rəqibinin koronavirusa yoluxması səbəbindən həmin görüş baş tutmamışdı.

Qeyd edək ki, “Bellator-283” turniri iyulun 23-də ABŞ-ın paytaxtı Vaşinqtonda baş tutacaq və bu döyüş gecənin dördüncü qarşılaşması olacaq. Maraqlıdır ki, bu turnirin əsas döyüşünü 2019-cu ilin dekabrın 31-də Tofiq Musayevin “Rizin”də məğlub etdiyi braziliyalı Patriki Pitbull keçirəcək. O, kəmər üçün amerikalı Sidni Autlou ilə döyüşəcək.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir