İdman

“Real” gənc futbolçunun müqaviləsini uzadıb, bir milyard avro təzminat qiyməti qoydu

Sharing is caring!

Madridin “Real” klubu braziliyalı futbolçusu Vinisius Juniorla müqavilənin müddətini uzadıb.

Bu barədə italiyalı jurnalist Fabrisio Romano özünün sosial şəbəkə hesabında yazıb.

F.Romano qeyd edib ki, 21 yaşlı istedadlı futbolçu 2026-cı ilin iyun ayına qədər “Kral klubu”nun uğurları üçün tər tökəcək.

Həmçinin “Real” gənc oyunçuya bir milyard avro təzminat qiyməti qoyub.

Qeyd edək ki, V.Junior “Real”a 2018-ci ildə Braziliyanın “Flamenqo” klubundan transfer edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir