İdman Manşetüstü

Çempionlar Liqası: “Qarabağ” “Dundolk”a qarşı – HEYƏTLƏR AÇIQLANDI (YENİLƏNİR)

Sharing is caring!

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində saat 21:00-da başlayacaq “Qarabağ” – “Dundalk” cavab oyunu üçün heyətlər açıqlanıb.

XeberAl.az UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, komandalar meydana aşağıdakı tərkibdə çıxacaq:

“Qarabağ”: Vaqner da Silva, Maksim Medvedev, Rahil Məmmədov, Rəşad Sadıqov (k), Ailton Silva, Riçard Almeyda, Miçel, Filip Ozobiç, Xayme Romero, Abdullah Zubir, Mahir Emreli

Ehtiyat oyunçular: Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Simeon Slavçev, Araz Abdullayev, Dani Kintana, Abbas Hüseynov, Maqaye Qeye

“Dundalk”: Qari Rocers, Şon Qennon, Şon Hoare, Kris Şildz, Maykl Daffi, Patrik Hoban (k), Ceymi Makqret, Patik Makeleni, Deyn Massey, Kliri, Endi Boyl

Ehtiyat oyunçular: Makkeri, Qartland, Mauntni, Georgi Kelli, Mürrey, Daniel Kelli, Carvis

Oyunu Norveçdən olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Svein Oddvar Moen olacaq.

Qeyd edək ki, İrlandiyadakı ilk qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb. “Qarabağ” komandası “Dundalk” səddini keçərsə üçüncü təsnifat mərhələsində Kiprin APOEL klubu ilə görüşəcək. Ağdamlılar məğlub olacaqları təqdirdə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində Slovakiyanın “Slovan” klubu ilə üz-üzə gələcəklər.

***

09:08

Bu gün 2019/2020 avrokubok mövsümündə II təsnifat mərhələsinin növbəti cavab oyunları keçiriləcək.

XeberAl.az-ın məlumatına görə, Çempionlar Liqasında (ÇL) 5, Avropa Liqasında isə 1 görüş baş tutacaq.

Azərbaycan çempionu “Qarabağ” ÇL-in II təsnifat mərhələsinin cavab oyununda İrlandiya “Dundolk”unu qəbul edəcək.

UEFA Avropa Liqasındakı yeganə matçda isə Serbiyanın “Çukariçki” kollektivi Norveçin “Molde” klubunun müqavimətini qırmağa çalışacaq.

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları

20:00. HİK (Finlandiya) – “Srvena Zvezda” (Serbiya)

İlk oyun – 0:2

21:00. AIK (İsveç) – “Maribor” (Sloveniya)

İlk oyun – 1:2

21:00. “Qarabağ” (Azərbaycan) – “Dundolk” (İrlandiya)

İlk oyun – 1:1

21:00. “Rusenborq” (Norveç) – BATE (Belarus)

İlk oyun – 1:2

21:45. “Kopenhagen” (Danimarka) – TNS (Uels)

İlk oyun – 2:0

Avropa Liqası

II təsnifat mərhələsi, cavab oyunu

22:45. “Çukariçki” (Serbiya) – “Molde” (Norveç)

İlk oyun – 0:0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir