İdman

“Zirə”nin prezidenti: “Nəticədən asılı olmayaraq, Rəşad Sadıqovla yola davam edəcəyik”

Sharing is caring!

“Əlbəttə, əlimizdən gələni edəcəyik ki, “Makkabi” səddini keçək. Lakin hər şey qədərdən asılıdır. Nədirsə, o da olacaq.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının və “Zirə” futbol klubunun prezidenti Taleh Nəsibov bildirib.

O, “Zirə”nin Avropa Konfrans Liqasının II təsnifat mərhələsində Təl-Əviv “Makkabi”si ilə görüşlərinə münasibət bildirib. Onun sözlərinə görə, nəticədən asılı olmayaraq, bu gün 40 yaşını tamamlayan baş məşqçi Rəşad Sadıqovla yollarına davam edəcəklər:

“Mən Rəşad Sadıqova inanıram. Ona çox böyük etimad göstəririk. Bu rəqibi keçib-keçməməyimizdən asılı olmayaraq, yenə onunla əməkdaşlığa davam edəcəyik.

Biz artıq transfer məsələlərini müzakirə etmişik. Ancaq konkret olaraq kimləri götürəcəyik, bunu bildirə bilmərəm. Hələ ki Rəşad müəllim menecerlərlə danışıqlar aparır”.

O, minifutbolla bağlı dünən Bakı Bulvarında keçirilən tədbirin onlara aid olmadığını da bildirib: “Bu bizim yox, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilib. Buna görə nazir Fərid Qayıbova təşəkkürümüzü bildiririk”.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir