İdman

Pike və Şakiranın ortaq sərvəti gündəmdədir

Sharing is caring!

Ayrılmaları ilə son zamanların sensasiyalı hadisələrinin mərkəzində olan Jerar Pike və Şakira cütlüyünün ortaq sərvəti gündəmdədir.

Üç “Qremmi” mükafatının sahibi, kolumbiyalı müğənni Şakira sərvətini təkcə musiqidən qazanmayıb. “Forbes”a görə, investisiyaları və daşınmaz əmlak gəlirləri olan Şakiranın 300 milyon avro fərdi sərvəti var. Dünyanın mühüm yerlərində mülkləri olan Şakiranın Baham adalarında da bir adası var.

“Barselona”dan illik 4,7 milyon avro maaş alan Pikenin yeganə gəliri futbol deyil. Məşhur futbolçu “Kosmos Holding” şirkətinin qurucusu olmaqla yanaşı, həm də daşınmaz əmlak investisiyaları ilə məşğuldur. Həm də ulduz müdafiəçi İspaniyada Fransa Liqasının yayım hüquqlarına sahibdir.

3800 kvadratmetrlik nəhəng malikanə də daxil olmaqla bir çox mülkə sahib olan Şakira və Pikenin ortaq sərvətinin 700 milyon avro olduğu məlumdur.

Ulduz cütlük bu sərvəti ortaq şəkildə paylaşacaq. Hər iki tərəfin vəkilləri bu məsələ üzərində işi davam etdirirlər.

Mənbə: Informalia

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir