İdman

“Formula-2”: Sıralama turunda qəza baş verib

Sharing is caring!

Bakıda “Formula-2” üzrə Azərbaycan Qran-prisində sıralama turu keçirilib.

“Report”un məlumatına görə, saat 16:30-da başlayan yarış yarım saat davam edib.

Sıralama turu zamanı növbəti qəza baş verib.

“Dams” komandasından Ayumu İvasanın bolidi sıralama turunda qoruyucu səddə çırpılıb.

Nəticədə qırmızı bayraq qaldırılıb. İvasa yarışı davam etdirə bilməyib.

Daha sonra Bakıda “Formula-2” üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb. 

“Hitech Grand Prix” komandasından Yuri Vips ən yaxşı nəticəni göstərib. 

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir