İdman

“Boka Xuniors” aldadılan azarkeşinə sürpriz etdi

Sharing is caring!

63 yaşlı argentinalı Antonio uşaq yaşlarından yerli “Boka Xuniors”a azarkeşlik edir.

O, ömrü boyu komandasının oyununa canlı tamaşa etmək arzısı ilə yaşayıb.

Nəhayət qoca “Boka”nın iştirakı ilə dünən keçirilən kubok matçına bilet əldə edib.

Baba qızları və qayınları ilə əlil arabasında stadiona gəlib. Ona əlillər üçün bilet qalmadığı bildirilib. Antonio öz pensiyasından yığdığı pulla dilerlərdən qat-qat baha qiymətə bilet tapa bilib. Arenanın təhlükəsizlik xidməti isə biletlərin saxta olduğunu bildirib.

“Boka Xuniors” digər azarkeşlərin sayəsində Antonionun başına gələnlərdən xəbər tutub və sadiq tərəfdarına bilet hədiyyə edərək, növbəti matç üçün stadionda xüsusi yer ayırıb.

Mənbə: “Matç TV”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir