İdman Manşetüstü

Futbolla bağlı bildiklərinizi unudun: bu mövsümdən etibarən qaydalar dəyişir

Sharing is caring!

Dünyanın ən çox izləyici kütləsinə sahib idman oyunu futbolda qaydalar tamamilə dəyişir.

XeberAl.az xəbər verir ki, UEFA FİFA və klub təmsilçiləri ilə birgə keçirdiyi toplantılar nəticəsində oyun qaydalarına önəmli dəyişikliklər edib.

Yenilik bu mövsüm iyun ayından etibarən rəsmi şəkildə qüvvəyə minib.

Əvvəlki qaydalarda qapıçı oyuna top daxil edəndə futbolçular cərimə meydançasının xaricinə çıxanda topa müxadilə edə bilirdi. Yeni qaydaya görə, artıq futbolçular cərimə meydançasının xaricinə çıxmasını gözləmədən topa müdaxilə edə biləcək.

Bir futbolçu əllə qol vurarsa, istər qəsdən, istər bilməyərəkdən olsun, vurulan qol ləğv olunacaq. Əllə oynamada əlin və qolun pozisiyası əhəmiyyətli olacaq. Çiyindən yuxarıda açıq şəkildə olan qola dəyən top əllə oynama kimi qəbul ediləcək.

Penalti zərbələrindən qapıçının xəttin üzərində hərəkət etməsinə icazə verilirdi. Bu da aradan qaldırılıb. Qapıçı zərbədən öncə hərəkət etməyəcək. Rəqibin diqqətini pozacaq hərəkətlərə yol verilməyəcək. Önə doğru atılsa, zərbə təkrarlanacaq.

Hakimin etdiyi hava atışında topu olduğu kimi ortada saxlamaq dövrü geridə qaldı. Artıq son oynayan komanda hansı olsa, hakim topu birbaşa ona verəcək. Bu zaman futbolçular hakimdən 4 metr kəanrda dayanacaq. Beləliklə, topu alan komanda hücumuna qaldığı yerdən davam edəcək.

Oyunçu dəyişikliyində meydanı tərk edən futbolçu 4-cü hakimin olduğu mövqedən çıxmaq məcnuriyyətində olmayacaq. Olduğu bölgədən ən yaxın yerə doğru çıxa biləcək.

Futbolçulara olduğu kimi, baş məşqçilərə də kart sistemi tətbiq ediləcək.

Bu günə qədər standart vəziyyət əsnasında müdafiədəki komanda tərəfindən qurulan səddə rəqib komandadan futbolçu girə bilirdi. Bundan sonra mümkün olmayacaq. Bu zamanda komandalar ən az 1 metr bir-birindən uzaqda dayanacaq. T

opun hakimə dəyməsi əvvəlki qaydaya görə təbii sayılırdı. Oyun kəsilmədən davam edirdi. Yeni qaydalarda top hakimə dəyəndə oyun dayanacaq və hakimin atışı ilə yenidən başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir