İdman

Laporta “Barselona” üçün maaş limiti təyin etdi

Sharing is caring!

“Barselona”nın prezidenti Joan Laporta komanda daxilində yeni maliyyə qaydaları tətbiq edib.

Yeni qaydalara əsasən katalon klubunda futbolçular üçün 10 milyon avrodan çox olmamaq şərtilə maaşların yuxarı həddi müəyyən edilib.

Bununla da, komandanın əmək haqqı fondunun xeyli azaldılması nəzərdə tutulur.

Hazırda “Barsa”lı futbolçulara ümumilikdə 560 milyon avro ödənilir.

Məhz yüksək məvacib xərcləri ucbatından katalonlar müdafiəçi Antonio Rudiger (Madrid “Real”ına keçdi) və hücumçu Məhəmməd Salah (“Liverpul”) uğrunda mübarizə apara bilməyib. Birincisi 12 milyon, ikincisi isə 17 milyon tələb edib.

Yenilik komandanın hazırkı oyunçularına da təsir edəcək. İllik maaşı 10 milyon avrodan yuxarı olanlardan (Jerar Pike, Frenki de Yonq və başqaları) bəzi hallarda 50% -ə qədər azalmaya razılaşmaq tələb olunacaq.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir