İdman

Millətlər Liqası: Gürcüstandan darmadağın, Kosovo səfərdə qələbə qazandı

Sharing is caring!

UEFA Millətlər Liqasında yeni mövsüm davam edir.

Oxu.Az xəbər verir ki, bu gün I turun daha 4 oyunu keçirilib.

Qarşılaşmalardan üçü C, biri isə D Liqasında oynanılıb.

C Liqasının 2-ci qrupunda Kosovo səfərdə Kipri məğlub edib – 2:0.

4-cü qrupda Gürcüstan Cəbəllütariqi 4 cavabsız qolla üstələyib. Bu qrupun digər matçında Bolqarıstan Şimali Makedoniya ilə bərabərə qalıb – 1:1.

Nəhayət, D Liqasının 2-ci qrupunda Estoniya San-Marinonu məğlubiyyətə uğradıb – 2:0.

UEFA Millətlər Liqası
I tur
C Liqası

2-ci qrup
Kipr – Kosovo – 0:2
Qollar:
Valon Berişa, 65. Edon Joqrova, 78

4-cü qrup
Bolqarıstan – Şimali Makedoniya – 1:1
Qollar:
Kiril Despodov, 34 – Milan Ristovski, 50

Gürcüstan – Cəbəllütariq – 4:0
Qollar
: Xviça Kvaratsxeliya, 12. Quram Kaşiya, 33. George Mikautadze, 87. Valeri Qazaişvili, 88

D Liqası
2-ci qrup
Estoniya – San Marino – 2:0
Qollar:
Robert Kirss, 23. Conas Tamm, 32

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir