İdman

Canni De Byazi: “Azərbaycan qrupda ikinci yeri tutmaq üçün mübarizə aparacaq”

Sharing is caring!

“İnanıram ki, budəfəki Millətlər Liqasındakı çıxışımız əvvəlkindən fərqli olacaq. Hiss edirəm ki, bu komandanın potensialı var”.

Oxu.Az-ın xəbərinə görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi deyib.

O, Qazaxıstanda keçirilən mətbuat konfransında yerli komanda ilə UEFA Millətlər Liqasının ilk turunda keçirəcəkləri oyundan danışıb:

“Stadiondakı süni örtüklü meydançanın bizə problem yaradacağını düşünmürəm. Çünki peşəkar futbolçu hər duruma hazır olmalıdır. Üstəlik, Azərbaycanda da belə süni örtüklü meydançalar var. Oyunçularım onların üzərində oynamağa öyrəncəlidirlər.

Düşünürəm ki, qrupun favoriti Slovakiyadır. Azərbaycan, Belarus və Qazaxıstan isə qrupda ikinci yeri tutmaq üçün mübarizə aparacaqlar.

Məncə, fiziki baxımdan mənə köməyi dəyəcək bütün oyunçuları heyətə cəlb etmişəm. Mən keyfiyyətə üstünlük vermişəm.

Qazaxıstanda oynayan Emil Balayev bizim üç qapıçımızdan biridir. O, çox yaxşı qapıçıdır. Zədədən yeni sağalıb və bərpa dövrü keçir”.

Komandanın kapitanı Maksim Medvedevin fikirləri isə belə olub:

“Komandada ab-hava yaxşıdır. Uşaqlar bütün fikirlərini milli komandaya yönəldiblər. Rəqiblərimizi analiz etməyə başlamışıq.

Çalışacağıq ki, sabah ən optimal formada çıxış edək. Ümid edirəm ki, uşaqlar özlərini ən yaxşı tərəfdən göstərəcəklər.

Qazaxıstan millisində də dəyişikliklər olub. Sabahkı oyun onların necə dəyişdiklərini göstərəcək”.

Qeyd edək ki, Qazaxıstan – Azərbaycan oyunu sabah Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir