İdman Manşetüstü

Hazard bu türk klubunun formasını geyinəcək – ŞOK AÇIQLAMA

Sharing is caring!

“Bir gün “Fənərbaxça”da oynayacağam”.

XeberAl.az xəbər verir ki, bunu “Çelsi”dən “Real Madrid”ə transfer olan belçikalı futbol ulduzu Eden Hazard “Fənərbaxça”nın sabiq meneceri Hasan Çetinkayaya deyib.

Çetinkaya Hazardla bağlı İHA agentliyinə açıqlama verib: “Hazard köhnə dostumdur. 15-16 yaşımdan bəri onu tanıyıram. O zaman “Lille”də oynayırdı. “Fənərbaxça”ya qarşı müdhiş rəğbəti var. Mənə də söz verib. “Bir gün “Fənərbaxça”da oynayacam” deyib. Nə zaman olacağını bilə bilmərik. Bizim söhbət etdiyimiz dövrlərdə Hazard, Qervinyo və Sov var idi. Oradan sadəcə Sovu ala bildik. Hazard fərqli səviyyəyə keçdi. Avropanın ən yaxşı klublarından təklif aldı. Könül istərdi ki, o zaman “Fənər”ə gəlsin. Baxaq görək, zaman göstərəcək. Bir gün “Fənərbaxça” forması geyinəcək Hazard”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir