İdman

“Çelsi” “Real”ın uğuruna görə pul qazandı

Sharing is caring!

Londonun “Çelsi” klubu Madrid “Real”ının heyətində Çempionlar Liqasının qalibi olmuş Eden Azara görə pul kompensasiyası qazanacaq.

Madrid klubu 2019-cu ildə belçikalının transferi üçün “Çelsi”yə 115 milyon avro ödəyib. Sövdələşmədə olan razılığa əsasən, E.Azar “Real”ın heyətində uğurlar əldə edəcəyi halda “Çelsi”yə əlavə maliyyə bonusları köçürüləcək.

Mənbə yazır ki, Çempionlar Liqasının son qalibi olan “Kral klubu” “Çelsi”yə 15 milyon avro ödəməlidir.

Mənbə: The Sun

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir