İdman

“Mançester Siti” Premyer Liqa çempionu oldu – YENİLƏNİB + VİDEO

Sharing is caring!

İngiltərə Premyer Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşib.

Çempionluq uğrunda “Mançester Siti” və “Liverpul” mübarizə aparıb.

Son tura 90 xalla 1-ci pillədə girən Pep Qvardiolanın baş məşqçisi olduğu komanda evdə “Aston Villa”nı (45 xal, 14-cü yer) ilə qəbuledib. 3:2 hesablı qələbə qazanan “Siti” çempionluğu bayram edib.

Bu matça qədər liderdən 1 xal geridə qalan Yurgen Kloppun çalışdırdığı “Liverpul” isə “Vulverhempton”u (51 xal, 8-ci yer) qəbul edib.

Mersisaydlılar qələbə qazansalar da (3:1) digər oyunun nəticəsinə görə çempion ola bilməyiblər.

Günün digər oyunlarına gəlincə, “Arsenal” “Everton”u, “Lester Siti” “Sauthempton”u, “Çelsi” “Uotford”u, “Brayton” “Vest Hem”i məğlub yola salıb.

“Bernli” evdə “Nyukasl”a, “Brentford” isə “Lids”ə uduzub. Səfərdə “Kristal Pelas”la qarşılaşan “Mançester Yunayted” mövsümün son matçından da xalsız ayrılıb.

“Norviç Siti”nin qonağı olan “Tottenhem” isə 5 cavabsız qolla qalib gəlib.

Bu nəticələrdən sonra çempion “Mançester Siti” və əsas izləyicisi “Liverpul”la yanaşı, “Çelsi” və “Tottenhem” də İngiltərəni UEFA Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb.

5-ci olan “Arsenal”, həmçinin 6-cı yerlə kifayətlənən “Mançester Yunayted” Avropa Liqasına vəsiqə əldə edib.

7-ci yeri tutan “Vest Hem” isə Avropa Konfrans Liqasında oynamaq hüququna yiyələnib.

22 xalla sonuncu – 20-ci pilləni tutan “Norviç Siti” və 23 xalla 19-cu olan “Uotford”un Premyer Liqanı tərk edəcəyi öncədən bəlli idi.

Son turda məğlubiyyətlə üzləşən və 35 xalda qalan “Bernli” də 18-ci yeri tutub və elita ilə vidalaşıb.

20:54

Bu gün İngiltərə Premyer Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşəcək.

Çempionluq uğrunda “Mançester Siti” və “Liverpul” mübarizə aparır.

Hazırda 90 xalla 1-ci pillədə olan Pep Qvardiolanın baş məşqçisi olduğu komanda son turda evdə “Aston Villa” (45 xal, 14-cü yer) ilə qarşılaşır.

Gərgin keçən oyunda beşinci qol vurulub. “Mançester Siti” 0:2 hesabı ilə geri düşdüyü matçda üç qol vuraraq “comeback” etməyi bacarıb. Komandanın üçüncü qoluna da İlkay Gündoğan imza atıb.

Bu matça qədər liderdən 1 xal geridə qalan Yurgen Kloppun çalışdırdığı “Liverpul” isə “Vulverhempton”u (51 xal, 8-ci yer) qəbul edir.

Qarşılaşmada “Liverpul” öndədir. Mane 89-cu dəqiqədə meydan sahiblərinin üçüncü qoluna imza atıb.

20:46

Bu gün İngiltərə Premyer Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşəcək.

Çempionluq uğrunda “Mançester Siti” və “Liverpul” mübarizə aparır.

Hazırda 90 xalla 1-ci pillədə olan Pep Qvardiolanın baş məşqçisi olduğu komanda son turda evdə “Aston Villa” (45 xal, 14-cü yer) ilə qarşılaşır.

Gərgin keçən oyunda beşinci qol vurulub. “Mançester Siti” 0:2 hesabı ilə geri düşdüyü matçda üç qol vuraraq “comeback” etməyi bacarıb. Komandanın üçüncü qoluna da İlkay Gündoğan imza atıb.

Bu matça qədər liderdən 1 xal geridə qalan Yurgen Kloppun çalışdırdığı “Liverpul” isə “Vulverhempton”u (51 xal, 8-ci yer) qəbul edir.

Qarşılaşmada “Liverpul” öndədir. Salah 84-cü dəqiqədə komandasını önə çıxarıb.

20:45

Bu gün İngiltərə Premyer Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşəcək.

Çempionluq uğrunda “Mançester Siti” və “Liverpul” mübarizə aparır.

Hazırda 90 xalla 1-ci pillədə olan Pep Qvardiolanın baş məşqçisi olduğu komanda son turda evdə “Aston Villa” (45 xal, 14-cü yer) ilə qarşılaşır.

Oyunda dördüncü qol vurulub. Meydan sahiblərinin heyətində İlkay Gündoğan 76-cı dəqiqədə hesab arasındakı fərqi azaldıb. 78-ci dəqiqədə isə Rodri bərabərlik qoluna imza atıb. 

Bu matça qədər liderdən 1 xal geridə qalan Yurgen Kloppun çalışdırdığı “Liverpul” isə “Vulverhempton”u (51 xal, 8-ci yer) qəbul edir.

Qarşılaşmada hesab bərabərdir – 1:1.

20:31

Bu gün İngiltərə Premyer Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşəcək.

Çempionluq uğrunda “Mançester Siti” və “Liverpul” mübarizə aparır.

Hazırda 90 xalla 1-ci pillədə olan Pep Qvardiolanın baş məşqçisi olduğu komanda son turda evdə “Aston Villa” (45 xal, 14-cü yer) ilə qarşılaşır.

Oyunda ikinci qol vurulub. Felipe Koutinyo 69-cu dəqiqədə qonaqların üstünlüyünü iki topa çatdırıb.

Bu matça qədər liderdən 1 xal geridə qalan Yurgen Kloppun çalışdırdığı “Liverpul” isə “Vulverhempton”u (51 xal, 8-ci yer) qəbul edir.

Qarşılaşmada hesab bərabərdir – 1:1.

19:38

Bu gün İngiltərə Premyer Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşəcək.

Çempionluq uğrunda “Mançester Siti” və “Liverpul” mübarizə aparır.

Hazırda 90 xalla 1-ci pillədə olan Pep Qvardiolanın baş məşqçisi olduğu komanda son turda evdə “Aston Villa” (45 xal, 14-cü yer) ilə qarşılaşır.

Oyunda hesab açılıb. Qonaqların müdafiəçisi Keş 37-ci dəqiqədə komandasını hesabda önə çıxarıb.

Bu matça qədər liderdən 1 xal geridə qalan Yurgen Kloppun çalışdırdığı “Liverpul” isə “Vulverhempton”u (51 xal, 8-ci yer) qəbul edir.

Bu qarşılaşmada hesab bərabərdir – 1:1.

19:25

Bu gün İngiltərə Premyer Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşəcək.

Çempionluq uğrunda “Mançester Siti” və “Liverpul” mübarizə aparır.

Hazırda 90 xalla 1-ci pillədə olan Pep Qvardiolanın baş məşqçisi olduğu komanda son turda evdə “Aston Villa” (45 xal, 14-cü yer) ilə qarşılaşır.

Liderdən 1 xal geridə qalan Yurgen Kloppun çalışdırdığı “Liverpul” isə “Vulverhempton”u (51 xal, 8-ci yer) qəbul edir.

Artıq bu matçda hesab bərabərləşib. Sadio Mane 24-cü dəqiqədə meydan sahiblərinin cavab qoluna imza atıb. 

19:06

Bu gün İngiltərə Premyer Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşəcək.

Çempionluq uğrunda “Mançester Siti” və “Liverpul” mübarizə aparır.

Hazırda 90 xalla 1-ci pillədə olan Pep Qvardiolanın baş məşqçisi olduğu komanda son turda evdə “Aston Villa” (45 xal, 14-cü yer) ilə qarşılaşır.

Liderdən 1 xal geridə qalan Yurgen Kloppun çalışdırdığı “Liverpul” isə “Vulverhempton”u (51 xal, 8-ci yer) qəbul edir.

Artıq bu matçda hesab açılıb. Netu 3-cü dəqiqədə qonaqları hesabda önə çıxarıb. 

19:00

Bu gün İngiltərə Premyer Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşəcək.

Çempionluq uğrunda “Mançester Siti” və “Liverpul” mübarizə aparır.

Hazırda 90 xalla 1-ci pillədə olan Pep Qvardiolanın baş məşqçisi olduğu komanda son turda evdə “Aston Villa” (45 xal, 14-cü yer) ilə qarşılaşır.

Liderdən 1 xal geridə qalan Yurgen Kloppun çalışdırdığı “Liverpul” isə “Vulverhempton”u (51 xal, 8-ci yer) qəbul edir.

Artıq hər iki matçda start fiti səslənib. 

18:25

Bu gün İngiltərə Premyer Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşəcək.

Çempionluq uğrunda “Mançester Siti” və “Liverpul” mübarizə aparır. Hazırda 90 xalla 1-ci pillədə olan Pep Qvardiolanın baş məşqçisi olduğu komanda son turda evdə “Aston Villa” (45 xal, 14-cü yer) ilə qarşılaşacaq. Liderdən 1 xal geridə qalan Yurgen Kloppun çalışdırdığı “Liverpul” isə “Vulverhempton”u (51 xal, 8-ci yer) qəbul edəcək. “Çelsi” isə 71 xalla 3-cü pillədə qərarlaşıb.

Artıq hər iki oyunda start heyətləri açıqlanıb. 

19:00. “Mançester Siti” – “Aston Villa”

“Mançester Siti”: Ederson, Con Stounz, Fernandinyo, Laport, Kanselo, Rodri, De Brün, Bernardo, Mahrez, Foden, Jezus

“Aston Villa”: Olsen, Keş, Çembers, Minqs, Din, Makgin, Luiz, Remzi, Buensia, Uotkins, Koutinyo

19:00. “Liverpul” – “Vulverhemton”

“Liverpul”: Alisson, Aleksandr-Arnold, Konate, Matip, Robertson, Henderson, Tyaqo, Keyta, Jota, Diaz, Mane

“Vulverhemton”: Xose Sa, Conni, Boli, Koadi, Toti, Eit-Nuri, Dendonker, Neves, Moutinyo, Ximenez, Netu

13:20

Bu gün İngiltərə Premyer Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşəcək.

Çempionluq uğrunda “Mançester Siti” və “Liverpul” mübarizə aparır. Hazırda 90 xalla 1-ci pillədə olan Pep Qvardiolanın baş məşqçisi olduğu komanda son turda evdə “Aston Villa” (45 xal, 14-cü yer) ilə qarşılaşacaq. Liderdən 1 xal geridə qalan Yurgen Kloppun çalışdırdığı “Liverpul” isə “Vulverhempton”u (51 xal, 8-ci yer) qəbul edəcək. “Çelsi” isə 71 xalla 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, hər iki görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir