İdman

“Chessable Masters”: Şəhriyar Məmmədyarov ilk görüşünü keçirəcək

Sharing is caring!

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının dördüncü mərhələsində mübarizəyə başlayacaq.

37 yaşlı qrosmeyster “Chessable Masters” adlanan turnirin I turunda qara fiqurlarla kanadalı Erik Hansenlə üz-üzə gələcək.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov əvvəlki üç mərhələnin nəticəsinə görə hazırda Çempionlar Turunda 55,50 xalla altıncı pillədə qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir