İdman

Rəşad Sadıqov etiraf etdi: “O qolda küləyin rolu az olmadı” – VİDEO

Sharing is caring!

“Öyrənmək həmişə vacibdir. Mən özüm də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm. Həmişə müəllimlərim mənə öyrənməyi deyirdilər. Özüm məşqçi olsam da, bir növ tələbə sayılıram. Çünki indinin özündə də öyrənirəm”. 

Oxu.Az-ın xəbərinə görə, bunu futbol millimizin sabiq kapitanı, “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov deyib. Bu gün Rəşad Sadıqov ADBTİA tələbələri ilə görüş keçirib. O, karyerası barədə danışıb:

“Qarabağ”a qədər futbol karyeramın uğurlu olduğunu demək olmaz. Adam bəzən futbolçu olduğunu dilə gətirmək istəmirdi. Böyükhesablı məğlubiyyətlər olurdu. Düzdür, o məğlubiyyətlərdən az dərs çıxarmamışam. Desəm ki, cərimə zərbələrim üzərində xüsusi işləyirdim, bunu yalan demiş olaram. Bəzən olub ki, cərimə zərbəsi vurmaq istəməmişəm, məşqçi deyib ki, vur. Vurmuşam, təsadüfən gedib qol olub. “Rusenborq”a vurduğum qolda küləyin rolu az olmayıb. Amma Türkiyə millisinə vurduğum qol düşünülmüş, üzərində işlədiyimiz qol idi”. 

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir