İdman Manşetüstü

“Zirə”dən yeni transfer

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

XeberAl.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt rtəmsilçisi Miloş Bakraçla anlaşıb. 27 yaşlı müdafiəçi ilə 1 illik müqavilə bağlanılıb.

Monteneqrolu futbolçu bundan öncə “Syon” (İsveçrə), “Budunçost” (Monteneqro), “Travnik” (Bosniya və Hersoqovina), “Suteska” (Monteneqro), “Jeljezniçar” (Bosniya və Hersoqovina) və OFK Titoqrad (Monteneqro) klublarında çıxış edib.

Qeyd edək ki, “Zirə” buna qədər Elvin Məmmədov, Cavid Hüseynov, Elvin Camalov, Nicat Süleymanov, və Boyan Zaqoviçi transfer edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir