İdman

Avtomobil Federasiyasının yarış maşınları nümayiş etdirildi – FOTO

Sharing is caring!

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nəzdində Bakı Marşal Klubu marşallar və şirkətin əməkdaşları üçün genişmiqyaslı təlim keçirib. 

Oxu.Az xəbər verir ki, təlimin keçirilməsində məqsəd yarışlar zamanı fövqəladə hal yarandıqda əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, yaranacaq təhlükəli halların qarşısının alınması və nəticələrin çevik şəkildə aradan qaldırılması üçün iştirakçıların peşəkarlığının daha da artırılmasıdır. 

Avropa Oyunları Parkında yerləşən Bakı Marşal Mərkəzində təşkil olunmuş təlim nəzəri və praktiki hissələrdən ibarət olub. Nəzəri hissədə “Formula-1” Azərbaycan Qran-prisinin idarə olunması prosesində əsas məqamlar, cari mövsümün strateji və texniki yenilikləri təlim iştirakçılarının diqqətinə çatdırılıb.  

Praktiki hissədə təlim üçün salınmış xüsusi simulyasiya trekində marşallar texniki bacarıqlarını real olaraq tətbiq ediblər. Sonda Azərbaycan Avtomobil Federasiyasının “drift” və Volkikar yarış maşınlarından ibarət şou və mini yarış simulyasiyaları nümayiş etdirilib.

Qeyd edək ki, növbəti “Formula-1” Azərbaycan Qran-prisi cari ilin 10-12 iyun tarixlərində keçiriləcək. Yarış müddətində 1400 marşal iştirak edəcək.

FOTO: Sabir Məmmədov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir