İdman

“Fənərbağça”da heyətdən kənarda qalan Məsut Özil Meksikaya gedə bilər

Sharing is caring!

“Fənərbağça”nın heyətindən kənarlaşdırıldıqdan sonra Acun Ilıcalının sahibi olduğu “Hall Siti”də adı hallanan Məsut Özillə bağlı yeni iddia ortaya atılıb.

“Fox Deportes”in xəbərinə görə, Mayaminin “Inter” klubu və “Hall Siti” klubları Məsut Özil üçün iki alternativ olaraq qalarkən, ulduz futbolçu investorları arasında olduğu “Nekaksa” klubuna transfer oluna bilər.

Xəbərdə Özilin səhmdarları arasında olduğu “Nekaksa”ya keçəcəyi təqdirdə təkcə klubun deyil, liqanın da taleyinin dəyişə biləcəyi bildirilib.

Qeyd edilir ki, Mesut Özil Meksika futboluna böyük təsir göstərə bilər və “O, Ronaldinyo kimi Queretaroda inqilab yarada bilər”. Özilin mümkün yeni ünvanları arasında ən ciddi iddiaçıların “Hall Siti” və Mayaminin “Inter” klubu olduğu da xatırladılıb.

Qeyd edək ki, “Fənərbağça”nın ulduz futbolçusu Məsut Özil aralarında məşhur amerikalı aktrisa Eva Lonqoria, məşhur model Keyt Apton və həyat yoldaşı Castin Verlander, NBA ulduzu Viktor Oladipo da daxil olmaqla bir qrup investorla birlikdə Meksikanın 1-ci Liqa komandası “Nekaksa”nın 50%-ni satın alıb.

Mənbə: Cumhuriyyet

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.