İdman

Əvvəllər yığmalarımızda oynamış dörd futbolçu “Yessentuki”də rusiya vətəndaşı kimi çıxış edir – FOTO

Sharing is caring!

Müxtəlif klublarımızda və gənclərdən ibarət milli komandalarımzda çıxış etmiş dörd futbolçu Rusiyanın sayca 3-cü divizionunda, eyni klubda top qovur.

Football.az saytının məlumatına görə, bunlar qapıçı Ziyadxan Məmmədov, müdafiəçi Qvanzav Maqomedov və orta sahədə çıxış edən Murad Səttarlı ilə Habil Nurəhmədovdur. Həmyerlərimiz Yessentuki şəhərinin eyni adlı klubunun şərəfini qoruyur. “Yessentuki” FNL-2də, yəni sayca 3-cü divizionunun 1-ci qruppunda yarışır. Özü də, turnir cədvəlində komanda sonuncu, 17-ci pillədə yerləşir. 29 oyundan sonra “Yessentuki”nin aktivində cəmi 10 xalı var. Adıçəkilən futbolçulardan Məmmədov “Neftçi”nin, Nurəhmədov isə Qusar “Şahdağ”ının yetirməsidir.

FNL-2də xarici futbolçuların çıxışına qadağa olunduğundan, vaxtı ilə müxtəlif aşağı yaş qruplar üzrə yığmalarımızda çıxış edən bu dördlük qeydiyyatdan rus vətəndaşları kimi kecib.


Ziyadxan Məmmədov daha çox “Zaqatala” klubundan tanınır. Belə ki, ötən mövsüm 26-yaşlı qapıçı 25 dəfə Birinci Divizionun oyunlarında zaqatalalarının şərəfini qoruyub. Ziyadxan həmçinin “Zirə” klubunda Birinci divizionda 6 oyuna çıxıb.

Əslən Dağıstandan olan bu müdafiəçi Azərbaycanda nə az nə çox, 7 klubunun şərəfini qoruyub. 2013-cü ildə “Şahdağ”da peyda olmuş futbolçu sonradan “Zirə”, AZAL, “Bakı”, “Səbail”, “Sabah” və “Sumqayıt” klublarında çıxış edib. Daha sonra Qırğızıstana yollanan Qvanzav 2020-ci ildən “Yessentuki”də qərarlaşıb.

Futbolçu ailəsinin təmsilçisi olan Nurəhmədov 6 ildir ki, Rusiyanın aşağı divizionunda məskən salıb. Bir vaxtlar perspektivli sayılan, və hətta “Xəzər-Lənəranın” yaxşı vaxtlarında komandaya cəlb olunmuş Habil ardından “Bakı” və AZAL kimi komandalarda oynayıb. Habilin böyük qardaşı Kamil hazırda Region Liqasında çıxış edir. Onların atası Kamran Nurəhmədov isə 49 yaşına kimi Qusar klubunda peşəkar səviyyəsində çıxış edib!

“Yessentuki” kvartetindən ən tanınmışı isə Murad Səttarlı sayıla bilər. Şəmkirdə anadan olandan sonra Rusiyaya köçmüş Səttarlı 18 yaşında “Qarabağ”a cəlb olundu və peşəkar karyerasında debütunu məhz Ağdam klubunda etmiş oldu. Bir vaxtlar “Simurq”dakı oyunu ilə adından söz etdirən Səttarlı 2016-ci ildə milli komandaya cəlb olunaraq, bir rəsmi oyuna da çıxdı. AZAL klubunda da uğurlu mövsüm keçirəndən sonra Murad sonrakı “Zirə” və “Kəpəz” karyerası o qədər də uğurlu alınmadı. Tez-tez zədələrdən əziyyət çəkən vinqer 2019-cü ildə Rusiyaya qayıtdı. Bu mövsüm 31-yaşlı futbolçu 10 dəfə “Yessentuki”nin heyətində göründü.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir