İdman

Fərid Qayıbov Avropa çempionatında uğur qazanmış cüdoçularla görüşüb – FOTO

Sharing is caring!

Gənclər və idman naziri Fərid Qayıbov Bolqarıstanın paytaxtı Sofiya şəhərindəki Avropa çempionatında uğurlu çıxış etmiş Azərbaycan cüdoçuları ilə görüşüb.

Bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, milli komandanın üzvlərini salamlayan F.Qayıbov onların hazırlığı və qitə çempionatında çıxışları ilə maraqlanıb. Məşqçilər nazirə idmançıların hazırlığı və nəticələri barədə məlumat veriblər.

Qeyd edək ki, cüdoçular Avropa çempionatında 3 medal qazanıblar. Hidayət Heydərov (73 kq) Avropa çempionu olub. Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) isə 3-cü yeri tutublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir