İdman

“Qarabağ” Qurban Qurbanovla müqavilə imzaladı

Sharing is caring!

“Qarabağ” FK və Qurban Qurbanov arasında olan müqavilənin müddəti uzadılıb.

Oxu.Az xəbər verir ki, yeni anlaşmaya əsasən, Qurban Qurbanov daha üç il Ağdam komandasının baş məşqçisi olacaq.

Xatırladaq ki, Qurban Qurbanov 2008-ci ildən bu komandanı çalışdırır. “Qarabağ” FK bu müddət ərzində səkkiz dəfə Azərbaycan çempionu olub, dörd dəfə ölkə kubokunu qazanıb, səkkiz dəfə isə UEFA-nın klub turnirlərinin qrup mərhələsinə yüksəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir