İdman

Mingəçevirdəki idman qurğusuna Bakıdan direktor təyin olundu

Sharing is caring!

Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzinə yeni direktor təyin olunub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, buraya bunadək Respublika Velotrekinin direktoru işləyən Ceyhun Mirzəyev təyin edilib.

Qeyd edək ki, daha əvvəl “Kür” Olimpiya Tədris-İdman Mərkəzinə Natiq Abbasov rəhbərlik edirdi. Gənclər və İdman Nazirliyi isə aprelin 19-da həm “Kür” Olimpiya Tədris-İdman Mərkəzinə, həm də Respublika Velotrekinə direktor vakansiyası olduğunu açıqlamışdı.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir