İdman

Azərbaycanın vacib əhəmiyyətli idman qurğusuna yeni direktor təyin olundu – ÖZƏL

Sharing is caring!

Respublika Olimpiya Mərkəzinə yeni direktor təyin olunub.

Oxu.Az-a Respublika Olimpiya Mərkəzindən verilən məlumata görə, buraya Şəlalə Yaqubova təyin edilib.

Qeyd edək ki, əvvəl bu idman qurğusunun direktoru Emil Quliyev idi. O, ötən ay işdən çıxarılıb.

Onu da bildirək ki, 1982-ci ildən istifadədə olan və 2007-ci ilə yenidən təmir olunan Respublika Olimpiya Mərkəzi Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin qarşısında yerləşir. Ümumi ərazisi 0,22 hektar olan mərkəzin atletika manejinin uzunluğu 96 metr, eni isə 30 metrdir. Manejin ətrafında altı qaçış zolağı olan yeni cığırlar (üç dairəvi və üç düz) quraşdırılıb. Dairəvi zolaqların uzunluğu müvafiq olaraq 200, 207 və 217 metrdir. Düz qaçış zolaqlarının uzunluğu 100 metrdir.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir