İdman

Türkiyə 1-ci Liqasında qəribə hadisə: Qapıçı hakimin qərarını yanlış anladı, boş qapıya zərbə qol oldu – VİDEO

Sharing is caring!

Türkiyə 1-ci Liqasının bu gün oynanılan “Kocaelispor” – “Altınordu” matçında vurulmuş qollardan biri xüsusi marağa səbəb olub.

Belə ki, oyunun 86-cı dəqiqəsində “Kocaelispor”un hücumu zamanı yan xətt hakimi ofsayt işarəsi ilə bayrağı qaldırsa da, baş hakim topun “Altınordu”nun qapıçısında qaldığını əsas götürərək fiti səsləndirməyib.

Qapıçı isə topu yerə atıb sərbəst zərbə vurmaq üçün hazırlaşarkən meydan sahiblərinin oyunçusu qapıçının qabağından topu qapıya vurub. Nəticədə qol da qeydə alınıb.

Görüş 2:2 hesabı ilə yekunlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir