İdman

Avropa Kuboku: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb

Sharing is caring!

Azərbaycanın qadın cüdoçusu Südabə Ağayeva Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa Kubokunda bürünc medal qazanıb.

“Report” xəbər verir ki, 70 kq çəki dərəcəsində ardıcıl olaraq Keti-Cemayma Yeyts-Braun (Böyük Britaniya) və Femke De Brüynə (Belçika) qalib gələn idmançı yarımfinalda Amihay Şeykdə (İsrail) uduzub. 3-cü yer uğrunda qarşılaşmada isə Nika Korendən (Sloveniya) üstün olan Ağayevə bürünc medala sahib çıxıb.

Bu çəkidəki digər Azərbaycan təmsilçisi Günel Həsənli təsəlliverici görüşdə məhz Korenə uduzaraq, medalsız qalıb.

78 kq-da yer alan Aytəkin Paşazadə isə startdaca Amber Velandla (Niderland) bacarmayıb.

Qeyd edək ki, yarışın ilk günündə Aytac Qardaşxanlı (63 kq) üçüncü yeri tutub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir