İdman

“Qarabağ”ın avrokubokdakı oyunu mövsümün ən yaxşılarından hesab edildi – VİDEO

Sharing is caring!

UEFA Konfrans Liqasında cari mövsümün ən yaxşı oyunları açıqlanıb.

Avropa futbol qurumunun rəsmi saytının məlumatına görə, “10-luq”da “Qarabağ” və Kiprin “Omoniya” komandaları arasında Bakıda keçirilmiş qrup mərhələsinin V tur matçı da yer alıb.

Oyunda hesabı qonaqlar açıblar – Mixail Dyuriş penalti zərbəsi ilə fərqlənib. 49-cu dəqiqədə Kipr klubunun oyunçusu Paris Psaltis topu öz qapılarına göndərib.

UEFA qarşılaşmanın 88-ci dəqiqəsində Patrik Andradenin “köhlən atlar”ı hesabda önə keçirdiyini, lakin 90-cı dəqiqədə Jordi Qomesin uzaq məsafədən fərqlənərək rəqib qapıçını təəccübləndirdiyini yazıb.

Qeyd edək ki, “Qarabağ” – “Omoniya” görüşü 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir