İdman

Azərbaycan kanoe və kayakçılarının Qarabağda qazandığı medalların sayı BİLİNDİ

Sharing is caring!

Heydər Əliyevin anadan olmasının 99-cu ildönünümünə həsr “Prezident Kuboku-2022” reqatasının birinci gününə yekun vurulub.

Oxu.Az-ın xəbərinə görə, Suqovuşan qəsəbəsində təşkil olunan kayak və kanoe üzrə yarışlarda Azərbaycan, Moldova, Özbəkistan, Türkiyə və Gürcüstanın 100-dən artıq idmançısı mübarizə aparıb.

Yeniyetmə və gənclər arasında 5 yaş kateqoriyasında təşkil olunan yarışlarda Azərbaycan komandası 7 qızıl, 10 gümüş və 8 bürünc medal qazanıb.

Qeyd edək ki, reqataya sabah Mingəçevirdə keçiriləcək akademik avarçəkmə yarışları ilə yekun vurulacaq.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir