İdman

Kamal Məmmədov: “Baş katib olanda ailəmə çox vaxt ayıra bilmirdim”

Sharing is caring!

“Mən Milli Paralimpiya Komitəsində 10 il işləmişəm. Artıq istirahətin vaxtıdır”.

Bunu Oxu.Az-a Milli Paralimpiya Komitəsinin (MPK) sabiq baş katibi Kamal Məmmədov deyib.

Aprelin 29-da MPK-nın İcraiyyə Komitəsinin qərarına əsasən, baş katib postu ləğv edilib, yerinə icraçı direktor postu təsis edilib. Bu qərara əsasən, K.Məmmədov postunu tərk etməli olub.

Kamal Məmmədov qurumun İcraiyyə Komitəsində üzv kimi qaldığını bildirib:

“Mən bu qərarın may ayında veriləcəyini gözləyirdim. Amma bunun belə tez veriləcəyini gözləmirdim. Milli Paralimpiya Komitəsindəki işimdən tam ayrıldım.

Ancaq qurumun İcraiyyə Komitəsində ictimai əsaslarla fəaliyyətimi davam etdirəcəyəm. Düşünürəm ki, həyat davam edir. Komitədə hamı məndən görüşüb-sağollaşdı. Mənə ən layiqli qiyməti ötən il ölkə başçısı İlham Əliyev verib. Paralimpiyadakı xidmətimə görə “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılmışam.

Bu işimdə olanda ailəmə çox vaxt ayıra bilmirdim. İndi ailəmə daha çox vaxt ayıra biləcəyəm”.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir