İdman

Xavi azarkeşlərdən xahiş etdi

Sharing is caring!

“Barselona”nın baş məşqçisi Xavi komandanın azarkeşlərindən “Kadis”lə bugünkü matç üçün boykotu ləğv etməyi xahiş edib. 

Xəbəral.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.

Klubun fəal fanatları Avropa Liqasının 1/4 final mərhələsində “Ayntraxt”la oyunda rəqibin 30.000-dən çox azarkeşinin iştirakına görə “Kadis” lə bugünkü oyunu boykot etmişdilər.

“Barsa” rəhbərliyi isə həmin azarkeşlərlə əlaqə saxlayıb, onların fikirlərini dəyişməyi və matça gəlmələrini istəyib. Xavi isə onun xatirinə fanatları “Kamp Nou”ya gəlməyə çağırıb. Azarkeşlər yaxın bir neçə saat ərzində yekun qərar verəcəklər.

Qeyd edək ki, “Barselona” ilk matçda “Ayntraxt”la 1:1 hesablı heç-heçə edib. Cavab görüşündə Kataloniya klubu 2:3 hesabı ilə uduzub və nəticədə turnirdə mübarizəni dayandırıb. Həmin oyundu tribunadan Almaniya təmsilçisinin 30 min azarkeşi izləyib. 

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir