İdman

Avropa Liqasında “Qəbələ”nin potensial rəqibi müəyyənləşib

Avropa Liqasında ilkin mərhələnin cavab oyunları keçirilib.

APA-nın məlumatına görə, baş tutan matçlardan sonra mərhələ adlayan 7 komandanın adına aydınlıq gəlib.

Azərbaycan kubokunun qalibi “Qəbələ”nin potensial rəqiblərinin matçında 3 qol vurulub. Andorra təmsilçisi “Enqordani” evdə olduğu kimi, səfərdə San-Marinonun “La Fiorita” komandasına qalib gəlib – 2:1. Bu cütdə qələbə qazanan andorralılar I təsnifat mərhələsində Gürcüstan “Dinamo”su (Tbilisi), həmin matçların qalibi isə növbəti raundda “Qəbələ” ilə görüşəcək.

Avropa Liqası
İlkin mərhələ
4 iyul
“Kardiff MU” (Uels) – “Progres” (Lüksemburq) – 2:1
İlk oyun: 0:1
“Enqordani” (Andorra) – “La Fiorita” (San-Marino) – 2:1
İlk oyun: 1:0
“Europa” (Cəbəllütariq) – “Sent Culiya” (Andorra) – 4:0
İlk oyun: 2:3
NSİ (Farer adaları) – “Ballumena” (Şimali İrlandiya) – 0:0
İlk oyun: 0:2
“Sent Josefs” (Cəbəllütariq) – “Priştina” (Kosovo) – 2:0
İlk oyun: 1:1
“Tre Fiori” (San-Marino) – “Klaksvik” (Farer adaları) – 0:4
İlk oyun: 1:5
“Kliftonvill” (Şimali İrlandiya) – “Barri Taun” (Uels) – 4:0
İlk oyun: 0:0

Oyunların nəticəsinə əsasən I təsnifat mərhələsində aşağıdakı cütlər müəyyənləşib:

“Malmö” (İsveç) – “Ballumena” (Şimali İrlandiya)
“Europa” (Cəbəllütariq) – “Legiya”(Polşa)
“Kork Siti” (İrlandiya) – “Progres” (Lüksemburq)
“Sent Josefs” (Cəbəllütariq) – “Reyncers” (Şotlandiya)
“Dinamo” (Gürcüstan) – “Enqordani” (Andorra)
“Riterlai” (Litva) – “Klaksvik” (Farer adaları)
“Kliftonvill” (Şimali İrlandiya) – “Hoqesun” (Norveç)

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də baş tutacaq.