İdman

Mahir oynadı, komandası bərabərə qaldı

Sharing is caring!

Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su bu gün Xorvatiya çempionatında 27-ci tur oyununa çıxıb.

Xəbəral.az xəbər verir ki, komanda “Hayduk”un qonağı olub. Matç qolsuz bərabərliklə başa çatıb.

M.Emreli sözügedən görüş üçün start heyətdə yer alıb və 56-cı dəqiqədə Marko Toliçlə əvəzlənib.

Qeyd edək ki, “Dinamo” turnir cədvəlinin 54 xalla 1-ci pilləsində qərarlaşıb, “Hayduk” isə 49 xalla 4-cüdür.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir