İdman

Minsk-2019: Bağlanış mərasimində Oyunların bayrağı Krakov şəhərinə ötürülməyəcək

Sharing is caring!

Bu gün keçiriləcək Minsk-2019 II Avropa Oyunlarının bağlanış mərasimində bayrağın növbəti Oyunların ev sahibi Polşanın Krakov şəhərinə ötürülmə mərasimi olmayacaq.

APA-nın Belarus paytaxtına ezam olunmuş əməkdaşının məlumatına görə, bu barədə Minsk-2019-un Əməliyyat Komitəsinin Mərasimlər və Mədəni Proqram üzrə İdarəsinin rəisi Sergey Xomiç keçirdiyi mətbuat konfransında açıqlama verib.

O bildirib ki, mərasim zamanı Oyunların bayrağı sadəcə endiriləcək. Xomiç bağlanış zamanı müasir Belarusun nümayiş etdiriləcəyini də sözlərinə əlavə edib.

Mətbuat konfransında mərasimə hazırlıq üzərində 500-dək şəxsin çalışdığı da vurğulanıb.

Qeyd edək ki, bağlanış mərasimi Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir