İdman

Azərbaycan – Qətər matçında futbolçular arasında insident baş verib

Sharing is caring!

Bakıda Azərbaycan və Qətər yığmaları arasında keçirilən yoldaşlıq matçında insident baş verib.

Əvvəlcə görüşün 85-ci dəqiqəsində Anton Krivotsyukla qonaqların hücumçusu Almez Əli arasında gərginlik yaranıb. Daha sonra Araz Abdullayev və Bualem Xuxi onlara müdaxilə ediblər.

Nəticədə 4 futbolçunun hər biri sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, hazırda matçda 2-ci hissə oynanılır və hesab 2:2-dir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir