İdman

AVRO-2020: Bu gün keçiriləcək oyunlar

Sharing is caring!

Bu gün futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin son iki oyunu keçiriləcək.

XəbərAl.az-ın məlumatına görə, qarşılaşmalar İngiltərənin paytaxtı Londonda və Şotlandiyanın Qlazqo şəhərində gerçəkləşəcək.

Günün ilk matçında İngiltərə və Almaniya yığmaları üz-üzə gələcək. “Uembli” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Oyunu niderlandlı FIFA referisi Denni Makkeli idarə edəcək.

Günün son matçında isə İsveç və Ukrayna komandaları üz-üzə gələcək. “Hempden Park” stadionundakı görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi italiyalı Daniele Orsato olacaq.

İsveç – Ukrayna cütünün qalibi 1/4 final mərhələsində Almaniya – İngiltərə duelinin güclüsü ilə üz-üzə gələcək.

29 iyun

Avropa çempionatı

1/8 final mərhələsi

20:00. İngiltərə – Almaniya

Baş hakim. Denni Makkeli (Niderland)

London. “Uembli” stadionu

23:00. İsveç – Ukrayna

Baş hakim: Daniele Orsato

Qlazqo. “Hempden Park” stadionu

Qeyd edək ki, 1/4 final mərhələsinin daha 3 görüşünün tərkibi belə müəyyənləşib: İsveçrə – İspaniya, Belçika – İtaliya, Çexiya – Danimarka.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir