İdman

AVRO-2020: Bakı Olimpiya Stadionu ilk “5-lik”də — SİYAHI

Sharing is caring!

Futbol üzrə Avropa çempionatında qrup mərhələsinin oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

XəbərAl.az xəbər verir ki, 36 matça ümumilikdə 649 320 fanat qatılıb.

Ən çox azarkeş Macarıstanın paytaxtə Budapeştdəki 3 oyunda olub. “Puşkaş Arena”da F qrupunun görüşlərini 166 546 tamaşaçı seyr edib. Arenanın tutumu 68 000-dir.

Macarıstan və Fransa komandaları arasında məhz bu qrupda gerçəkləşmiş qarşılaşma (1:1) tribunaların ən çox dolduğu matçdır – 55 998.

“Sankt-Peterburq Arena”dakı 6 oyunda 107 988 futbolsevər iştirak edib. Danimarkanın paytaxtı Kopenhagen (62 239 azarkeş) bu göstəriciyə görə üçüncü, İngiltərənin paytaxtı London (57 907 azarkeş) dördüncü, Bakı (45 682) isə 5-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, Bakı Olimpiya Stadionu (BOS) A qrupunun 3 oyununa ev sahibliyi edib. BOS-da həmçinin 1/4 final mərhələsinin də bir oyunu keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir