İdman

Türkiyə millisi Azərbaycana təşəkkür etdi – Foto

Xəbər verdiyimiz kimi, Avro-2020-də mübarizəni dayandıran Türkiyə millisi bu gün Bakını tərk edib.

“XəbərAl.az” xəbər verir ki, Türkiyə Futbol Federasiyasının rəsmi saytı “ay ulduzlular”a olan dəstəyə görə rəsmi sayt vasitəsilə Azərbaycana təşəkkür edib: 

“Dost və qardaş ölkə Azərbaycan Avro-2020 müddətində Bakıda oynadığımız iki matçda tribunaları ağ-qırmızı rənglərə boyadı. Mükəmməl bir qardaşlıq ruhu göstərdi. A milli komandamız, federasiyamız və bütün türk xalqına böyük dəstək verən, bizləri ən gözəl şəkildə qonaq edən Azərbaycan “bir millət iki dövlət” olduğumuzu göstərdi.

Prezidentimiz Rəcəb Tayyip Ərdoğanla birlikdə Uelslə matçımıza gələn Prezident İlham Əliyevə, AFFA prezidenti Rövnəq Abdullayevə təşəkkür edirik. 

Azərbaycan – Türkiyə birliyi və bərabərliyi hər zaman davam edəcək. Bunu dünyaya göstərən Azərbaycan xalqına təşəkkür edirik”. 

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir