İdman

Minsk-2019: Azərbaycan ilk “onluq”da qərarlaşıb

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında ikinci yarış günündə 24 dəst medal sahibini tapıb.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, 24 ölkə təmsilçiləri mükafatçılar sırasına düşməyi bacarıb.

Bunlardan yalnız doqquzu qızıl medal sevinci yaşamağa müvəffəq olub. Siyahıya doqquzu qızıl olmaqla, 18 medal qazanan Rusiya başçılıq edir.

Azərbaycan millisi bu gün 4 mükafat qazanıb. Bunlardan biri gümüş, üçü bürünc olub. Yığmamız medal siyahısında 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan idmançılarından Ruhidil Qurbanlı və Abdulla Əl-Məsaihidən ibarət akrobatika cütlüyü iki medal – gümüş və bürünc qazanıb. Samboçular Emil Həsənovla Mehman Xəlilov da 3-cü yeri tutublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir