İdman

“Qarabağ” Bolqarıstan klubuna məğlub olub

Sharing is caring!

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” yeni mövsümün hazırlıqları çərçivəsində ilk yoxlama oyununu keçirib.

APA-nın məlumatına görə, Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasına hazırlıq çərçivəsində Bolqarıstan təmsilçisi “Ludoqorets”lə qarşılaşıb.

Görüş hər iki komandanın təlim-məşq toplanışında olduğu Avstriyada baş tutub.

Hər hissədə bir qol vuran Bolqarıstan təmsilçisi klubu “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Ağdam təmsilçisi Avstriyada daha 3 yoxlama görüşü keçirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir