İdman

Azərbaycan Qran-prisinin qalibi: “Bakıdakı yarış ağlasığmazdır”

Sharing is caring!

“Mən bu gün elə çox xoşbəxtəm ki. Adətən Bakı yarışı olduqca ağlasığmaz olur”.

XəbərAl.az xəbər verir ki, bunu Formula 1 üzrə Azərbaycan Qran Prisinin qalibi “Red Bull”un pilotu Serxio Peres deyib.

Meksikalı pilot qalib olmasının ilk sevinc hisslərini bölüşərkən 48-ci dövrəyədək lider olan, lakin gözlənilməz qəzaya görə yarışdan kənarda qalan Maks Verstapendən də danışıb:

“Maks üçün təəssüflənirəm. Çünki o, möhtəşəm yarış keçirirdi. O, həqiqətən qələbəyə layiq idi”.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir