İdman

Minsk-2019: İkinci günün gündəliyi

Sharing is caring!

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları davam edir.

Xeberal.az-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, tamaşaçılar yarışın ikinci günündə 9 növ üzrə mübarizəyə şahid olacaqlar.

İlk mükafatçıların müəyyənləşdiyi gündə 24 dəst medal sahibini tapacaq. Azərbaycan idmançıları 5 növdə – cüdo, boks, atıcılıq, sambo və gimnastikada qüvvələrini sınayacaqlar. Təmsilçilərimiz 1/16 final mərhələsi keçirilən boks istisna olmaqla, bütün növlərdə medal şanslarını yoxlayacaqlar. Cüdo və samboda bu şanslar kifayət qədər yüksəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.