İdman

Bakıda daha bir dünya yarışına start verilir

Sharing is caring!

Bu gün Azərbaycanda ilk dəfə aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışları start götürəcək.

“XəbərAl.az” xəbər verir ki, sayca 9-cu olan bu yarışda 18 ölkədən 202 gimnast iştirak edəcək.

Turnirdə 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparacaqlar.

Hər iki yaş qrupunda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup proqramları üzrə təsnifat və final mərhələlərində çıxış edəcəklər. Bununla yanaşı, 15-17 yaşlı idmançılar aero dans proqramında da öz qüvvələrini sınayacaqlar.

Milli Gimnastika Arenasında mayın 23-dək davam edəcək turnirdə ölkəmizi Leyla Abdullayeva, Arzu Ağayeva, Leyla Əhmədova, Sara Əlixanlı, Aylin Əliyeva, Rövşanə Bağırzadə, Leyla Bejanova, Dilarə Qurbanova, Fidan İbrahimova, Aliyə İsmayılova, Sənəm Kazımova, Evelina Kozlovskaya, Emiliya Mahmudova və Məryəm Topçubaşova təmsil edəcəklər.

2019-cu ildə Bakıda bu növ üzrə Avropa çempionatı baş tutub.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir