İdman

“Biz enerji içkilərinin əleyhinəyik” “Xocalı” FK-nın prezidenti

Sharing is caring!

Xocalı Futbol Klubunun prezidenti və təsisçisi İlkin Hacıyev uşaqlara energetik içkilərin verilməsi ilə bağlı danışıb.

O, Newsport.az-a açıqlamasında bunları deyib: “Məqsədimiz həmişə uşaq futboluna dəstək olmaq, Xocalı adını zirvələrə daşımaq olub. Yarandığı gündən uşaqlar üçün də əlimizdən gələnin ən yaxşısını etməyə çalışmışıq. Energetik içki şirkətlərinin heç biri ilə əlaqəmiz yoxdur, onlarla əməkdaşlıq etməmişik. Həmin foto şəhidlərin xatirəsinə keçirilən turnirdən sonra çəkilib. Valideynlər o içkiləri alıblar və uşaqlara veriblər. Feysbuk səhifəmizi idarə edənlər bu fotonu sosial şəbəkə hesabımızda paylaşıblar. Az öncə məsələdən xəbər tutmuşam və məsələ ilə maraqlanmışam. Dediyim kimi biz futbolçulara bu içkiləri qadağan etmişik və belə içkilərin əleyhinəyik”

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir