İdman

UEFA Bakıda rekord gözləyir

UEFA Avropa Liqasının Bakıda keçiriləcək final görüşündə azarkeş rekordu ehtimal edilir.

XəbərAl.az xəbər verir ki, UEFA-nın saytında Bakıda ilk dəfə avrokubokların həlledici görüşünün baş tutacağı qeyd edilib. 2015-ci ildə tikilən Bakı Olimpiya Stadionunda AÇ-2020-nin final mərhələsinin 4 matçının keçiriləcəyi də vurğulanıb. Stadionun azarkeş tutumunun 70 minə yaxın olduğu və Bakıda yeni rekordun qırılacağı ehtimal edilib.

Sonuncu dəfə bu turnirin 1999-cu ildə Moskvada baş tutan “Parma” – “Latsio” oyununda azarkeş rekordu qeydə alınıb (62 min). UEFA BOS-da yeni rekordun qeydə alınacağını proqnozlaşdırır.

Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda reallaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir