İdman

Dünya çempionu öldü

Sharing is caring!

Orta çəkidə boks üzrə sabiq dünya çempionu Marvin Xaqler ABŞ-da qəfil vəfat edib.

XəbərAl.az lent.az-a istinadla xəbər verir ki, bu barədə boksçunun həyat yoldaşı məlumat yayıb.

Dünən 66 yaşlı sabiq dünya çempionu Nyu-Qempşirdə vəfat edib. Boksçunun oğlu deyib ki, atası sinəsində ağrıların yaranması və nəfəs almasının çətinləşməsi ilə bağlı hospitala yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib. Hələlik ölümün dəqiq səbəbi müəyyənləşdirilməyib.

Qeyd edək ki, M. Xaqler 1980-ci ildən 1987-ci ilə qədər orta çəkidə dünya çempionu olub. O, bir neçə İtaliya filmində də rol alıb

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir